- Köhnə - Dünya
- 6 Sentyabr 2014 17:46
- 3 929
Qərb İŞİD-ə qarşı birləşir - VİDEO

ANS TV-nin məlumatına görə, Qərb dövlətləri Suriya və İraqa başqa dövlətlərdən gələn döyüşçülər haqqında kəşfiyyat məlumatların mübadiləsi üçün beynəlxalq işçi qrup yaratmaq niyyətindədir. Sammitdə bu məsələnin müzakirəsi 1 saat 25 dəqiqə çəkib. Həmçinin Birləşmiş Ştatlar və Türkiyə prezidentlərinin təkbətək görüşündə də bu müzakirə davam etdirilib.
"Mən buranı bir əminliklə tərk edirəm ki, NATO və müttəfiqləri İraq hökumətinə qarşı vuruşan silahlıların yaratdığı təhlükəyə qarşı birgə mübarizə aparmaq üçün beynəlxalq missiyaya qoşulmağa hazırdır. Müttəfiqlər bizə artıq İraqda qoşulublar və biz qruplaşmanını irəliləməsinin qarşısını almışıq. Biz iraqlı həmkarlarımızı silahlandırmışıq və onlara hücuma keçmək üçün yardım göstərmişik. NATO ön xətdə mübarizə aparan hər kəs üçün təhlükəsizliyin təmin olunması və humanitar yardım göstərməsi üçün də hazırdır. Ona görə biz beynəlxalq ictimaiyyətin bir qolu olaraq hərəkətə keçərək İraq hökumətinə qarşı vuruşan bu qüvvələrin axırına çıxmalıyıq", - deyə ABŞ prezidenti Barak Obama vurğulayıb.
Obama İraq və Suriyadan olan milyonlarla qaçqınlara ərazisində məskunlaşmasına yer verdikləri üçün Rəsmi Ankaraya təşəkkürünü bildirib. Türkiyəni NATO-nun tərkibində Avropa, Yaxın Şərq və müsəlman dünyasında körpü funksiyasını yerinə yetirən ölkə adlandırıb. Görüş zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəzi dövlətləri İraq hökumətinə qarşı vuruşan silahlı birləşmələri silahla təmin etməməyə çağırıb. Onlara verilən hər bir silah sonra dönüb bizi vura bilər deyən Türkiyə prezidenti bu silahlı birləşmələrə qarşı qurulacaq koalisiyanın Bəşər Əsədi gücləndirməməlidir məqamına da diqqəti çəkib.
Hazırda Türkiyənini Mosuldakı konsulluğunun 49 əməkdaşı 3 aya yaxındır ki, İraqı hökumətinə qarşı vuruşan silahlı qruplaşma tərəfindən girov saxlanılır.
AzNews.az