Dələduzluqda və insan ölümündə günahlandıraraq Rusiyada İnterpol tərəfindən axtarışa verilən Elçin Məmmədov barədə yeni xəbər var. Dələduzluqda və insan ölümündə günahlandıraraq Rusiyada İnterpol tərəfindən axtarışa verilən Elçin Məmmədov barədə yeni xəbər var.

İnterpolun axtardığı şəxs işdən çıxarıldı

Dələduzluqda və insan ölümündə günahlandıraraq Rusiyada İnterpol tərəfindən axtarışa verilən Elçin Məmmədov barədə yeni xəbər var.


Anspress-in məlumatına görə, 2007-2012-ci illərdə Moskvada işləyən daha sonra isə Bakıya üz tutan Elçin doktor Azərbaycanda işdən çıxarılıb. Bu barədə "Caspian international hospital"dan Anspress-ə məlumat verilib. Onlar bildiriblər ki, 2014-cü il iyun ayının sonlarından etibarən xəstəxanada işləməyə başlayan Elçin Məmmədov sentyabr ayının 5-nə qədər orada işinə davam edib.

Xatırladaq ki, Rusiyanın "Komsomolskaya pravda" qəzeti orada "Estet klinika" və "Lanset" klinikasında çalışdığı zaman plastik cərrahiyyə aləmində "rəssam" kimi tanınan doktorun bir neçə qadını bədbəxt etdiyini, birini isə öldürdüyünü yazır. Cərrahın Moskva sakini Anna Spitsına üzərində uğursuz əməliyyat keçirdiyini və xanımın bu günə qədər komada olduğunu iddia edilir. "KP" həmçinin bildirir ki, 2012-ci ildən sonra Elçin Məmmədov həbs olunacağını bildikdən sonra Rusiyadan qaçaraq Azərbaycana gəlib.

AzNews.az