Terrorçu təşkilat – İŞİD bu gün qaçırılan britaniyalı jurnalist Con Kantli ilə növbəti videonu paylaşıb. Terrorçu təşkilat – İŞİD bu gün qaçırılan britaniyalı jurnalist Con Kantli ilə növbəti videonu paylaşıb.

İŞİD britaniyalı jurnalistlə bağlı daha bir video yaydı

Terrorçu təşkilat – İŞİD bu gün qaçırılan britaniyalı jurnalist Con Kantli ilə növbəti videonu paylaşıb.



AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bu video öncəkindən 1 həftə sonra meydana gəlib. Videoda Kantli Birləşmiş Krallığın ondan imtina etdiyi barədə danışıb. Britaniyalı jurnalist həmçinin ictimaiyyətə bu terrorçu qruplaşma ilə mübarizə aparan qərb qüvvələrini dayandırmaq çağırışı edib.

Qeyd edək ki, Con Kantli keçmiş hərbi fotoqraf və "The Sunday Times", "The Sunday Telegraph" qəzetlərinin müxbiridir. 2012-ci ildə Suriyada "İŞİD" tərəfindən əsir alınıb.

Xatırladaq ki, İraq və Suriyada fəaliyyət göstərən "İslam dövləti" terrorçuları bundan əvvəl britaniyalı Devid Heyens və 2 amerikalı-Ceyms Fouli və Stiven Sotloffun edamlarını əks etdirən video görüntülər yayımlamışdı.

Aydan Axundova
AzNews.az