Ukrayna prezidenti Petr Poroşenko Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının ölkənin müdafiə potensialının möhkəmlənməsinə dair təxirəsalınmaz qərarının həyata keçirilməsini nəzərdə tutan fərmanı imzalayıb. Ukrayna prezidenti Petr Poroşenko Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının ölkənin müdafiə potensialının möhkəmlənməsinə dair təxirəsalınmaz qərarının həyata keçirilməsini nəzərdə tutan fərmanı imzalayıb.

Ukrayna Rusiya ilə sərhədlərini rəsmən bağladı

Ukrayna prezidenti Petr Poroşenko Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının ölkənin müdafiə potensialının möhkəmlənməsinə dair təxirəsalınmaz qərarının həyata keçirilməsini nəzərdə tutan fərmanı imzalayıb.



AzNews.az xarici mediaya istinadən xəbər verir ki, prezidentin fərmanı müəyyən olunmuş qaydada Ukrayna ilə Rusiya arasındakı sərhəd keçid məntəqələrinin müvəqqəti bağlanmasını nəzərdə tutur.

Bundan əlavə sənədə əsasən, Ukrayna MTMŞ-si hakimiyyətə Ukrayna-Rusiya dövlət sərhədinin birtərəfli qaydada demarkasiyasına dair tədbirlər görməyi və onun lazımi mühəndis-texniki abadlaşdırılmasını tövsiyə edib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası həmçinin Ukrayna Nazirlər Kabinetinə Rusiya Federasiyası ilə danışıqlarda baş direktivlər layihəsini işləyib Ukrayna prezidentinə verməyi tövsiyə edib.

Aydan Axundova
AzNews.az