İngiltərənin “Spice Girls” qrupunun keçmiş solisti Viktoriya Bekhem İngiltərənin “Spice Girls” qrupunun keçmiş solisti Viktoriya Bekhem

Viktoriya Bekhem səfir oldu

İngiltərənin “Spice Girls” qrupunun keçmiş solisti Viktoriya Bekhem

Birləşmiş Millətlər Təşkilatının QİÇS-lə mübarizə üzrə xoşməramlı səfiri seçilib.

AzNews.az xəbər verir ki, məşhur futbolçu Devid Bekhemin həyat yoldaşı Viktoriya BMT-yə Cənubi Afrikaya səfərindən sonra qoşulmaq qərarına gəlib. Qeyd olunur ki, müğənni və onun ailəsi artıq neçə illərdir ki, xeyriyyəçiliklə məşğul olur. Məsələn, QİÇS-lə mübarizə üzrə Elton Conun Fonduna maddi dəstək verirlər.

Bekhem jurnalistlərə bildirib ki, Afrika ölkələrində HİV-ə yoluxmuş analara yardım toplamaq üçün öz qarderobundan 600 əşyanı auksiona çıxarıb. Hazırda müğənni bir neçə yüz min funt sterlinq toplaya bilib.

Aydan Axundova
AzNews.az