Qazaxıstanın Almatı şəhəri ərazisində Su-27 qırıcısı havada partlayıb. Qazaxıstanın Almatı şəhəri ərazisində Su-27 qırıcısı havada partlayıb.

Qırıcı təyyarə partladı

Qazaxıstanın Almatı şəhəri ərazisində Su-27 qırıcısı havada partlayıb.


AzNews.az xarici mediaya istinadən xəbər verir ki, FHN-ə faciə barədə ilk məlumatı Aydın Kopenov verib: "Səmada gurultu və işiq əmələ gəldi. Daha doğrusu mən dəqiq başa düşdüm ki, təyyarə partladı. Əvvəl uçan təyyarənin səsi eşidildi, sonra isə gurultu. Təyyarənin düşməsini və dəqiq zərbəni eşitdim".

Təyyarə JetıJal kəndindən 15 kilometr aralıda qəza edib. Yerli sakinlər hesab edirlər ki, pilotlar təyyarəni yaşayış məntəqəsindən uzaqlaşdırmağa çalışıblar. Buna görə də, katapult edə bilməyiblər. Məlumata görə, zərbə elə güclü olub ki, pilotların kabinası 5 metr torpağa girib. Bununla yanaşı təyyarə son saniyələrində çevrilmiş vəziyyətdə uçub.

Qəza faktı ilə əlaqədar "Uçuş və ona hazırlıq qaydalarının pozulması" maddəsi üzrə cinayət işi açılıb. Hadisəni araşdırmaq üçün xüsusi komissiya yaradılıb.
Xatırladaq ki, qəza sentyabrın 23-də baş verib. Təyyarəni Denis Qorbunov və Erlan Nauanov idarə ediblər. Qəza edən təyyarə 2009-cu ildə Belarusda əsaslı təmir olunub.

Aydan Axundova
AzNews.az