Bu gün ABŞ Əfqanıstanla təhlükəsizlik paktını imzalayacaq. Bu gün ABŞ Əfqanıstanla təhlükəsizlik paktını imzalayacaq.

Bu gün Kabildə tarixi sənəd imzalanacaq

Bu gün ABŞ Əfqanıstanla təhlükəsizlik paktını imzalayacaq.



AzNews.az xəbər verir ki, bu haqda informasiyanı Əfqanıstan prezidenti Əşrəf Qaninin sözçüsü yayıb.

Xəbərdə deyilir ki, ikitərəfli təhlükəsizlik sazişi (BSA) dekabrın 31-dək 10 min ABŞ əsgərinin Əfqanıstanda qalmasına icazə verəcək. Həmin vaxt beynəlxalq missiyanın Əfqanıstanda işi də başa çatmalıdır.

Qeyd edək ki, eks president Həmid Kərzai bu sazişə qarşı idi.
Rəsmi Vaşinqton adından sənədi ABŞ Prezidenti Barak Obamanın sözçüsü Con Podesta imzalayacaq.

Kabil bu həftə oxşar sazişi NATO ilə də imzalayacaq. Bu sənəd 4.000-5.000 əlavə əsgərin 2014-cu ildən sonra da Əfqanıstanda qalmasına icazə verəcək. Həmin əsgərlər əsasən Britaniya, Almaniya, İtaliya və Türkiyədəndir.

AzNews.az