Meksika prezidenti Enrike Penya Nieto nəhəng narkobaron Hektor Beltran Leyvanın saxlanmasını təsdiqləyib. Meksika prezidenti Enrike Penya Nieto nəhəng narkobaron Hektor Beltran Leyvanın saxlanmasını təsdiqləyib.

Prezident nəhəng narkobaronun həbsindən yazdı - Tvit

Meksika prezidenti Enrike Penya Nieto nəhəng narkobaron Hektor Beltran Leyvanın saxlanmasını təsdiqləyib.



AzNews.az xəbər verir ki, E.P.Nieto bu barədə tvitter hesabında məlumat verib: "Silahlı Qüvvələr, Baş prokurorluq, federal polis və kəşfiyyatın səyləri nəticəsində Hektor Beltran Leyva bu gün saxlanılıb".

Qeyd edək ki, Hektor Beltran Leyva "Kartelya Beltran Leyva"nın lideridir. Narkobaronun tutulmasına görə ABŞ və Meksika 42 milyon dollar mükafat vəd edib.

Leyva restoranlardan birində heç bir qüllədən istifadə olunmadan saxlanılıb. O, qonşularının və güc qüvvələrinin diqqətini çəkməmək üçün Keretaro şəhərində sadə şəraitdə yaşayıb.

Aydan Axundova
AzNews.az