Pakistanda gizlənən yaraqlılar məhv edildi

Pakistan və Əfqanıstan sərhədindəki hava hücumu zamanı 15 yaraqlının öldürüldüyü, 3 gizli yerin dağıdıldığı bildirilir.



AzNews.az xəbər verir ki, bu haqda informasiyanı Pakistanın hərbi rəsmiləri yayıb.
Xəbərdə deyilir ki, hava hücumları Heybər rayonunda gizlənən yaraqlıları hədəfə alıb.
Ölkənin silahlı qüvvələri hava hücumlarından, artilleriyadan, quru qoşunlardan istifadə etməklə Şimali Vəziristanı taliban və digər yaraqlılardan təmizləyib.

Qeyd edək ki, bu əməliyyatda 1000-dən çox yaraqlı, 100-ə yaxın hərbçi öldürülüb.