Bəşər Əsədin başına 25 milyon dollar pul qoydular

Müxalif Azad Suriya Ordusu, Suriya prezidenti Bəşər Əsədi "ölü və ya diri" təslim edənə 25 milyon dollar mükafat veriləcəyini bəyan edib.

Azad Suriya Ordusunun səhra komandirlərindən olan Əhməd Hicazi, Anadolu Agentliyinə ödəniləcək məbləğin ölkədə və xaricdə müxalifəti dəstəkləyən suriyalı biznesmenlər tərəfindən veriləcəyini bildirib.

"Əsədi ölü və ya diri təslim edən şəxs 25 milyon dollardan daha artıq pula layiqdir. Lakin toplaya bildiyimiz pulun miqdarı bu qədərdir", deyə Hicazi qeyd edib.

AzNews.az