“Ebola epidemiyası 3 Afrika ölkəsinin paytaxtlarında daha dərin kök salıb”. “Ebola epidemiyası 3 Afrika ölkəsinin paytaxtlarında daha dərin kök salıb”.

Afrikada vəziyyət daha da pisləşib – Ebolaya görə

“Ebola epidemiyası 3 Afrika ölkəsinin paytaxtlarında daha dərin kök salıb”.



AzNews.az xəbər verir ki, bu haqda Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlama yayıb.

Təşkilatın direktor müavini Bruce Aylward deyib ki, Qvineya, Liberiya və Syerra Leonedə epidemiyanın qarşısının alınmasına yönələn beynəlxalq addımlar kifayət etmir.

Hər üç ölkə xəstəliklə mübarizə aparmaq üçün daha çox yardım üçün müraciət edib.

Aylward 12 gün əvvəlki durumla müqayisədə hazırkı vəziyyətin pisləşdiyini deyib.
"Xəstəlik paytaxtlarda dərin kök salıb. Virusa yoluxanların 70 faizi xəstəlik nəticəsində ölür".

Beynəlxalq Sərhədsiz Həkimlər (MSF) təşkilatı Qvineya paytaxtında xəstəlik hallarının kəskin şəkildə artdığını xəbər verir.

Cümə günü BBC-ə müsahibəsində təşkilatın prezidenti Joanna Liu xəstəliyin yayılması ilə bağlı fəlakətli nəticələrə yol verməmək üçün beynəlxalq ictimaiyyəti təcili müdaxilə etməyə səsləyib.

Onun sözlərinə görə, indiyədək xəstəlikdən ölən hər 20 adamdan biri tibb işçisidir.
Bu arada İspaniyadakı xəstəxanada Ebola ilə yoluxma halı ilə bağlı 7 nəfər həkim nəzarəti altında saxlanılır. Onların arasında Qərbi Afrikadan gələn missioneri müalicə edərkən virusa yoluxmuş tibb bacısı Teresa Romero ilə təmasda olmuş iki bərbər var.

Ağır xəstə olan xanım Romeronun ciddi ölüm riskilə üzləşdiyi bildirilir. Cümə axşamı Amerikanın yüksək rütbəli səhiyyə rəsmisi Ebola epidemiyasını HİV/AİDS-lə müqayisə edib.

"İctimai səhiyyə sahəsində işlədiyim 30 il ərzində buna bənzər yeganə şey AİDS olub", - deyə Thomas Frieden Vaşinqtonda keçirdiyi toplantında bildirib.
Ebola xəstəliyinin yayılması nəticəsində əsasən Afrikanın qərbində 3.860-dan artıq adam ölüb. Virusa 200-dən artıq tibb işçisi yoluxub.


AzNews.az