“Kataloniyanın noyabr ayının 9-na planlaşdırılan müstəqillik referendumu ertələnib, çünki rəsmi Madrid bu addımı qeyri-konstitusion hesab edib”. “Kataloniyanın noyabr ayının 9-na planlaşdırılan müstəqillik referendumu ertələnib, çünki rəsmi Madrid bu addımı qeyri-konstitusion hesab edib”.

Kataloniya geri çəkildi

“Kataloniyanın noyabr ayının 9-na planlaşdırılan müstəqillik referendumu ertələnib, çünki rəsmi Madrid bu addımı qeyri-konstitusion hesab edib”.



AzNews.az xəbər verir ki, bunu Kataloniya hökumətinin rəsmisi Joan Herrera deyib.

Joan Herrera referendum tərəfdarı olan partiyalarla görüşdən sonra jurnalistlərə deyib ki, baş nazir Artur Mas oktyabrın 14-də alternativ təklifi elan edəcək.

İspaniyanın mühafizəkar hökuməti planlaşdırılan referendumu qanunsuz adlandırıb, ölkənin Konstitusiya Məhkəməsi də bu prosesinin qanuni olub-olmamasını araşdırmağa başlayıb.

Qeyd edək ki, Kataloniya İspaniya iqtisadiyyatının beşdə birinə bərabərdir. Əhalisi 7.5 milyon, paytaxtı Barselonadır.


AzNews.az