ABŞ bütün ukraynalıları qarşıdakı parlament seçkilərində səs verməyə çağırıb. ABŞ bütün ukraynalıları qarşıdakı parlament seçkilərində səs verməyə çağırıb.

ABŞ ukraynalılara səsləndi

ABŞ bütün ukraynalıları qarşıdakı parlament seçkilərində səs verməyə çağırıb.



AzNews.az xəbər verir ki, çağırış Ukraynanın şərqində yaraqlıların nəzarətində olan ərazilərə, Rusiyaya anneksiya edilmiş Krım yarımadasına da aiddir.

Dövlət Departamentinin sözçüsü Cen Psaki həftəsonu keçiriləcək seçkini Ukrayna üçün "daha bir hədəf" adlandırıb.

Psaki deyib ki, Birləşmiş Ştatlar seçkiyə "hər hansı müdaxiləni qətiyyətlə pisləyir".
Ukraynanın şərqi Donetsk və Luqansk vilayətlərində rusiyayönlü yaraqlılar noyabrda ayrıca seçki keçirəcəklərini bəyan ediblər. Ancaq Psaki deyib ki, Ukraynada "yeganə qanuni seçki" oktyabrın 25-də, əlavə seçki isə dekabrın 27-də olacaq.

Psakinin sözlərinə görə, Vaşinqton korrupsiya ilə mübarizə, islahatların irəli aparılması və ölkənin şərqində münaqişənin dinc həlli üçün Ukraynanın yeni parlamenti ilə işləməyə hazırdır.