Honq Konqda son iki ayın ən zorakı etirazlarında demokratiya fəalları polislə toqquşub, hökumət binalarını əhatə etməyə cəhd edib. Honq Konqda son iki ayın ən zorakı etirazlarında demokratiya fəalları polislə toqquşub, hökumət binalarını əhatə etməyə cəhd edib.

Honq Konqda 40 nəfər həbs edildi – Etiraz aksiyasında

Honq Konqda son iki ayın ən zorakı etirazlarında demokratiya fəalları polislə toqquşub, hökumət binalarını əhatə etməyə cəhd edib.



AzNews.az BBC-yə istinadən xəbər verir ki, küçələrdə etirazçılar bibər qazı, dəyənək və su şırnaqlarından istifadə edən polisə qarşı vuruşub.

Polisin verdiyi məlumata görə 40 nəfər həbs edilib və bir çox polis işçisi xəsarət alıb.
Etirazçılar istəyirlər ki, 2017-ci ildə keçiriləcək seçkilərdə Pekinin müdaxiləsi olmadan Honq Konq xalqı öz liderini seçə bilsin.

Çin hökuməti deyib ki, seçki hüququ hamıda olacaq, lakin namizədlər yoxlanılmadan sonra seçkilərdə iştirak edə biləcəklər.

Ötən həftə polis və məhkəmə icraçıları Mong Kok kommersiya rayonunda əsas etiraz düşərgələrindən birini yığışdırmışdı.

"Aydındır ki, iki aydır yumşaq davranan hakimiyyət daha sərt yanaşmaq istəyir. Əvvəllər ictimaiyyət etirazçıları dəstəkləyirdi, amma Honq Konq sakinlərinin çoxu bu aksiyaların ictimai asayişi pozduğunu düşünür deyə bu dəstək səngiyir", - deyə BBC-nin Pekindəki müxbiri Martin Patience məlumat verib.


AzNews.az