Rusiyapərəst yaraqlıların əlində olan Donetsk hava limanında müvəqqəti atəşkəs razılığı əldə olunub. Rusiyapərəst yaraqlıların əlində olan Donetsk hava limanında müvəqqəti atəşkəs razılığı əldə olunub.

Separatçılarla atəşkəs razılığı əldə olundu- VİDEO

Rusiyapərəst yaraqlıların əlində olan Donetsk hava limanında müvəqqəti atəşkəs razılığı əldə olunub.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı Ukrayna silahlı qüvvələrinin mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, bu razılıq hava limanının yaxınlığında Ukrayna və Rusiya rəsmilərinin görüşündə əldə edilib.

Qeyd edək ki, sentyabr ayında separatçılarla Ukrayna hakimiyyətinin atəşkəs sazişi bağlamasına baxmayaraq son vaxtlar hava limanı ətrafında döyüşlər qızışıb.

Son 24 saat ərzində hava limanında Ukraynanın üç əsgəri həlak olub. Ümumilikdə isə aprelin ortasından Ukraynanın şərqindəki döyüşlərdə 4.300-dən çox adam həlak olub.







AzNews.az