Türkiyə NASA bazasına bənzər bir kosmos şəhəri quracaq. Türkiyə NASA bazasına bənzər bir kosmos şəhəri quracaq.

Türkiyə də kosmosa astronavt göndərəcək

Türkiyə NASA bazasına bənzər bir kosmos şəhəri quracaq.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı Türkiyənin Nəqliyyat Dənizçilik və Kimlik Nazirliyi yayıb.

Məlumatda deyilir ki, "Kosmos Şəhəri" (Space City ) adı verilən layihə artıq öz işinə başlayıb.

Nazirlik ilk etapda mütəxəssislərdən ibarət bir heyəti 2015-ci ildə NASA və Avropa Kosmik Agentliyində (ESA) təcrübə keçməyə göndərəcək. Onlar kosmos mərkəzində peyklərin, kosmos texnologiyalarının və cihazların istehsalını təmin edən laboratoriyalarda kurs keçəcək.


2020-ci ilə qədər kosmos şəhərini qurmağı planlaşdıran nazirlik 2030-ci ildə ilk milli kosmos gəmisini və astronavtlarını kosmosa göndərəcək.