Filippinin şərq sahillərində tüğyan edən “Xaqupit” qasırğası zamanı ölənlərin sayı 27 nəfərə çatıb. Filippinin şərq sahillərində tüğyan edən “Xaqupit” qasırğası zamanı ölənlərin sayı 27 nəfərə çatıb.

Qasırğada ölənlərin sayı 27-yə çatdı - VİDEO

Filippinin şərq sahillərində tüğyan edən “Xaqupit” qasırğası zamanı ölənlərin sayı 27 nəfərə çatıb.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı Qızıl Xaç Cəmiyyəti yayıb.

Yerli medianın fikrincə, əslində ölənlərin sayı çoxdur, çünki qasırğa baş verən ərazilərlə əlaqə kəsildiyindən dəqiq informasiya toplamaq çətinləşib.

"Hazırda Samar adasına doğru humanitar kömək aparan yük maşınları yola düşüb. Biz bütün çətinlikləri dəf edib insanlara kömək etməliyik", - deyə Qızıl Xaç Cəmiyyətinin Filippin üzrə rəhbəri Riçard Qordon vurğulayıb.

Qeyd edək ki, ölənlərin əksəriyyətinin Samar adasının sakinləri olduğu deyilir.

Qasırğanın sürəti bu bölgədə saatda 210 kilometrə çatıb.