- Köhnə - Dünya
- 11 Dekabr 2014 22:20
- 4 430
Terror aktına hazır vəziyyətdə olan partlayıcı bağlanmış uşağı aşkar etdilər

Nigeriya polisi “şəhid kəməri” geydirilmiş 13 yaşlı qızı saxlayıb.
Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə ətrafdan keçənlər məlumat veriblər və bundan sonra polis bədəninə terror aktına hazır vəziyyətdə olan partlayıcı bağlanmış uşağı aşkar edib.Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları potensial kamikadzeni iki qadının Kano şəhərindəki bazarda özlərini partlatdıqdan bir neçə saat sonra saxlayıblar.
Analoji hadisə Nigeriyada bu ilin iyununda baş vermişdi. O zaman Katsina ştatında 10 yaşlı qızcığaz üzərində "şəhid kəməri" ilə tutulmuşdu.