Ukrayna Ali Radasına “Petro Poroşenko bloku” fraksiyasından deputat seçilən Sergey Kaplin “112 Ukrayna” telekanalına müsahibə verərkən maraqlı təkliflə yadda qalıb. Ukrayna Ali Radasına “Petro Poroşenko bloku” fraksiyasından deputat seçilən Sergey Kaplin “112 Ukrayna” telekanalına müsahibə verərkən maraqlı təkliflə yadda qalıb.

“Mercedes”dən düş, eşşəyə min” – Deputatdan təklif

Ukrayna Ali Radasına “Petro Poroşenko bloku” fraksiyasından deputat seçilən Sergey Kaplin “112 Ukrayna” telekanalına müsahibə verərkən maraqlı təkliflə yadda qalıb.



AzNews.az xəbər verir ki, Sergey Kaplin Baş nazir Arseni Yatsenyuku sərt tənqid edib.



Deputat deyib ki, ölkədə baş verən böhrana görə Baş nazir mindiyi "Mercedes" markalı xidməti maşınını eşşəyə dəyişdirməlidir.

Onun fikrincə, Baş nazirin xidməti maşınının bir yay təkərinin qış təkərinə dəyişdirilməsi dövlətə 2660 dollara (42 min qriven) başa gəlib.

"Ölkənin belə çətin günündə bütün məmurlar dövlətin onlara ayırdıqları puldan az istifadə etməlidirlər. Baş nazir isə Ukraynada vəziyyət düzələnədək işə eşşəklə getməlidir", - deyə deputat əlavə edib.