Prezidentə atəş açdılar


Çexiya prezidenti Vatslav Klaus qeyri adi hücuma məruz qalıb. bbc.com saytının yaydığı xəbərə görə, Xrastava şəhərindəki körpünün açılışında iştirak edən prezident Vatslav Klausa plastmas oyuncaq tapançadan atəş açıblar. Naməlum şəxs Klausa yaxınlaşaraq plastik kürəciklərlə bir necə dəfə prezidentin saq qoluna atəş açıb və hadisə yerindən uzaqlaşıb. Bir müddət sonra həbs olunan bu şəxsin psixikasının sağlam olmaması ehtimal olunur. Vatslav Klaus xəsarət almayıb və səfərin proqramı dəyişməyib.

Hansı səbəbdən prezidentin cangüdənlərinin bu şəxsin dövlət başçısına yaxınlaşıb atəş açmasına imkan vermələri hələ aydın deyil.

AzNews.az