- Köhnə - Dünya
- 3 Oktyabr 2012 17:35
- 2 531
Suriya mərmisi Türkiyə ərazisinə düşdü

5 nəfər öldü
Bu gün Suriya ərazisindən atılan top mərmisi Türkiyənin Şanlıurfa vilayətinin Suriya ilə həmsərhəd Akçakale qəsəbəsinə düşüb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ölənlər və yaralananlar var.
Əvvəlcə 3 nəfərin öldüyü, 9 nəfərin yaralandığı xəbəri yayılıb. Lakin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkili Xəlil Özcan 5 nəfərin öldüyünü, 13 nəfərin yaralandığını açıqlayıb.
O bildirib ki, ölənlərdən 4-ü uşaq, 1-i qadındır. Yaralılar xəstəxanalara çatdırılıb. Yerli hakimiyyət orqanları Akçakale sakinlərini sərhəd zonasından uzaqlaşmağa çağırıb. Qeyd edək ki, Suriyanın Türkiyə ilə həmsərhəd rayonlarında ordu ilə silahlı müxalifət qrupları arasında döyüşlər gedir.
AzNews.az