Prezident qənaət məqsədilə öz maaşını azaltdı

Afrika ölkəsi olan Malavinin qadın prezidenti Coys Banda özünün və vitse-prezidentin maaşını kəsib.

Həmçinin prezident təyyarəsindən də imtina edib. Dövlət başçısı bunu ölkənin iqtisadi durumu ilə əlaqələndirib.

Coys Banda bu ölkənin artıq ikinci qadın prezidentidir. Prezident nazirləri onun addımını təkralamağa məcbur etməyəcəyini deyib: "Qoy özləri qərar versinlər". Qənaət məqsədilə həmçinin prezidentin bahalı təyyarəsi satışa çıxarılacaq.

Elnarə Əlosmanqızı
AzNews.az