Misirdə atılmış nəhəng otel tapılıb. ANS PRESS-in məlumatına görə, iki turist 26 noyabr 2014-cü ildə Qırmızı dənizin sahillərində gəzərkən atılmış nəhəng bir otellə rastlaşırlar. Otelin ərazisində sahildə açılmış günəş çətirlər hələ də dururdu. Otelin özündə isə kimsə yox olmayıb. Misirdə atılmış nəhəng otel tapılıb. ANS PRESS-in məlumatına görə, iki turist 26 noyabr 2014-cü ildə Qırmızı dənizin sahillərində gəzərkən atılmış nəhəng bir otellə rastlaşırlar. Otelin ərazisində sahildə açılmış günəş çətirlər hələ də dururdu. Otelin özündə isə kimsə yox olmayıb.

Sahibsiz nəhəng otel tapıldı- FOTOLAR

Misirdə atılmış nəhəng otel tapılıb. ANS PRESS-in məlumatına görə, iki turist 26 noyabr 2014-cü ildə Qırmızı dənizin sahillərində gəzərkən atılmış nəhəng bir otellə rastlaşırlar. Otelin ərazisində sahildə açılmış günəş çətirlər hələ də dururdu. Otelin özündə isə kimsə yox olmayıb.


650 nömrəlik mehmanxanın bir neçə hovuzu, barları, restoranları, diskotekaları və kazinosu vardı. Otelin barlarındakı soyuducular, nömrələrdəki mebel ve televizorlar yerində idi. Ən qəribəsi isə bütün bunlar taleyin ümidinə buraxılmışdı, onları heç kim mühafizə etmirdi. Buna baxmayaraq, oteldə hər şey yerində idi, heç kim onu qarət etməmişdi.

Bütün bunlar turistləri çox maraqlandırır və məkan barəsində hər şeyi öyrənməyə qərar verirlər. Məlum olur ki, bu otel 2003-cü ildə inşa edilib. Sahibi isə Rauf adlı misirli olub. O, bu oteli amerikalı arvadına hədiyyə olaraq tikdirib. Otelin dizaynı məhz həyat yoldaşına məxsusdur. Bütün otel rəsm əsərləri ilə bəzədilib.

Mehmanxananın şəhərin ucraqında - səhralıqda 3-4 oteldən sonra yerləşməsinə baxmayaraq çox məşhur olub. Rauf isə o qədər varlı olub ki, günlərin birində sadəcə olaraq nəhəng oteli idarə etməkdən bezib və onu atıb.

Turistlər üçün bu məlumatlar az olur və onlar "Raouf" adlanan oteldə dincəlmək istəyənlərlə maraqlanırlar. Axtarışlar otelin uzun illərdir fəaliyyətsiz olduğundan xəbər verir.

Şayiələr gəzir ki, məkanın sahibi oteli satmaq istəyib və alcı axtarıb. Nəhayət, 2010-cu ildə otel məşhur "Sol-Y-Mar" şəbəkəsi tərəfindən alınıb. Lakin otelin şöhrəti və etibarı o dərəcədə korlanıb ki, praktiki olaraq ora dincəlməyə heç kim gəlməyib. 2012-ci ildə oteli bağlamaq qərarına gəliblər. Deyilənlərə görə, otelin sahibi ölüb, varislər isə yoxdur. Beləliklə, otel şəhər hakimoyyətinin mülkiyyətinə keçir.

Atılmış və sahibsiz otelin görüntülərini təqdim edirik:
image description image description image description image description image description image description