Rusiyanın Yekaterinburq şəhərinin küçələrdən birinə qətlə yetirilən müxalifətçi Boris Nemtsovun adı verilə bilər. Rusiyanın Yekaterinburq şəhərinin küçələrdən birinə qətlə yetirilən müxalifətçi Boris Nemtsovun adı verilə bilər.

Nemtsovun adına küçə olacaq - Rusiyada

Rusiyanın Yekaterinburq şəhərinin küçələrdən birinə qətlə yetirilən müxalifətçi Boris Nemtsovun adı verilə bilər.



AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Yekaterinburqun meri Yevgeni Royzman sözügedən məsələ ilə bağlı Yekaterinburq şəhərinin deputatı Dmitri Qolovinin bu fikrini dəstəkləyib.

Royzman bu təklifə şəhər Duması tərəfindən baxılmalı olduğunu qeyd edib:
"Yekaterinburq inkişaf edir, yeni küçələr yaranır. Biz bu məsələ üzərində düşünəcəyik".

Qeyd edək ki, Boris Nemtsov fevralın 27-də Moskvanın mərkəzində öldürülüb.