- Köhnə - Dünya
- 10 Mart 2015 20:17
- 5 981
ABŞ qazmanı dayandırdı: Neftin qiyməti yüksələ bilər
ABŞ qiymətlərin ucuzlaşmasından sonra “Slans” (Şist) neft yataqlarında qazma işlərini təxirə salıb.
Axar.az "Bloomberg"ə istinadən xəbər verir ki, son günlərdə ABŞ-ın neft hasilatında rekord səviyyədə azalma müşahidə edilir. Bu isə ABŞ-ın slans neftin istehsalında balansı qorumağa çalışdığını göstərir.
Enerji İnformasiyası İdarəsi (EIA) isə apreldə ABŞ-ın slans neftin istehsalında 4 ildən sonra ən az artımın qeydə alınacağını bildirib. ABŞ-da qazma maşınlarının sayı isə ötən ilin dekabrında bu yana 41 faiz azalıb. Mütəxəssislərin fikrincə, ABŞ-ın neft hasilatındakı durğunluq bazarda qiymətlərin artmasına gətirib çıxaracaq. Qeyd edək ki, hazırda ABŞ-ın 444,4 milyon barrel neft ehtiyatı var. Ehtiyatlar 1982-ci ildən bu yana ən yüksək səviyyədədir.