Rusiya prezidenti Vladimir Putinin mart ayının 10-da Kremldə Yamalo-Nenets muxtar dairəsinin qubernatoru Dmitri Kobılkinlə görüşü saxta çıxıb. Rusiya prezidenti Vladimir Putinin mart ayının 10-da Kremldə Yamalo-Nenets muxtar dairəsinin qubernatoru Dmitri Kobılkinlə görüşü saxta çıxıb.

Putinin Kremldəki görüşü saxta çıxdı - FOTOLAR

Rusiya prezidenti Vladimir Putinin mart ayının 10-da Kremldə Yamalo-Nenets muxtar dairəsinin qubernatoru Dmitri Kobılkinlə görüşü saxta çıxıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Joinfo" saytı sosial media istifadəçilərinin şərhlərinə istinadən yayıb.

Əldə edilən məlumata görə, bu görüşdən hazırlanan foto sadəcə foroşopun məhsulu olub.

İstifadəçilər bunu sübut etmək üçün ötən il Vladimir Putinin Kremldə Rusiya Ali Məhkəməsinin sədri Vyaçeslav Lebedevlə görüşündən hazırlanan fotonu dərc ediblər.


Putinin martın 10-da Kremldəki görüşünün saxta çıxmasının əsas "günahkarı" onun geyindiyi qalstuk olub. Yeni "görüşdə" Putinin qəhvəyi rəngdə olan qalstukunun rəngləri bir-birinə qarışıb. Bunun isə açıq-aydın fotoşopun məhsulu olduğu göz qabağındadır.

"İsaracinua" adlı bloger yazır ki, Putin, onun saç düzümü, sifətindəki qırışlar, kreslo, brend kostyum hamısı öz yerindədir: "Yerində olmayan yalnız qalstukdur. Axı necə ola bilər ki, bir il ərzində Putin qəhvəyi rəngdə olan həmin qalstuku dəyişməyib. Lap tutaq ki, Putinin həmin qalstukdan bir neçə nüsxəsi var. Onda niyə ötən ildəki fotoda qalstuk bütün rəngləri ilə öz yerindədir, bu il isə onun rəngi bir-birinə qarışıb. Fikrimcə, Putinin sifətində botoks əməliyyatı düzgün aparılmayıb və onun sinir sistemi pozulub. Bunun isə öz yerinə qayıtması üçün ən azı 6 həftə lazımdır. Bu üzdən o, işə çıxmır".