Böyük Britaniya kraliçası II Yelizavetanın gəlini Keyt Midlton əri, şahzadə Uilyamıın imicini yaxşılaşdırmaq qərarına gəlib. Böyük Britaniya kraliçası II Yelizavetanın gəlini Keyt Midlton əri, şahzadə Uilyamıın imicini yaxşılaşdırmaq qərarına gəlib.

Keyt Midlton Uilyam qarşısında şərt qoydu: “Ya saç əkdirməli, ya da ...”

Böyük Britaniya kraliçası II Yelizavetanın gəlini Keyt Midlton əri, şahzadə Uilyamıın imicini yaxşılaşdırmaq qərarına gəlib.



AZNEWS.AZ xəbər verir ki, Hersoqinya Uilyamı saç əkdirməyə razı salmağa çalışır.

Şahzadə Uilyamın bu yaxınlarda Çinə etdiyi səfəri zamanı çəkilən fotoları onun pərəstişkarlarını bərk narahat edib: Hersoq sürətlə keçəlləşir.

Keyt Midlton da ərinin sürətlə saç itirməsindən təşvişə düşüb. "Radar Online"a müsahibəsi zamanı o şahzadənin qarşısında qəti seçim qoyduğunu bildirib: "O, ya saç əkdirməli, ya da saçlarını tamamilə kəsdirməlidir".

"Keyt düşünür ki, hazırki saç düzümü ilə Uilyam daha yaşlı görsənir. Saç əkilməsi isə onu daha cavan, müasir və dinamik göstərəcək", - deyə sayt bildirib.

Odur ki, böyük ehtimalla şahzadə qısa zaman ərzində ictimaiyyət önünə yeni saç düzümü ilə çıxacaq.

Yeri gəlmişkən, keçəllik Midltonun şahzadəyə tutduğu tək irad deyil. Keyt ərinin qarderobundan da narazıdır. Onun sözlərinə görə, Uilyamın geyim tərzinə tam yenilənmə vermək lazımdır.

Aydan Axundova
AzNews.az