ABŞ-da atışma - 2 ölü, 5 yaralı

ABŞ-da atışma baş verib. Nəticədə 2 nəfər öldürülüb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "USA Today" saytı yayıb.

Hadisə Kaliforniya ştatının Stokton şəhərində fəaliyyət göstərən ərzaq mağazalarının birində qeydə alınıb.

Atışma zamanı 5 nəfərin də yaralandığı deyilir.


Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin hansı səbəbdən baş verdiyini araşdırır.