Rusiyanın Lipetsk şəhərində Ukrayna prezidenti Petro Poroşenkoya məxsus olan “Roshen” fabriki bağlanıb. Rusiyanın Lipetsk şəhərində Ukrayna prezidenti Petro Poroşenkoya məxsus olan “Roshen” fabriki bağlanıb.

Rusiyada Poroşenkonun fabriki bağlandı

Rusiyanın Lipetsk şəhərində Ukrayna prezidenti Petro Poroşenkoya məxsus olan “Roshen” fabriki bağlanıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "112 Ukrayna" telekanalı Rusiyanın "gorod48" saytına istinadən yayıb.

Fabrikaya giriş xüsusi təyinatlı dəstə tərəfindən qadağa qoyulub.

Yerli jurnalistlərin sözlərinə görə, güc strukturlarının arasında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları da olub.


Qeyd edək ki, Petro Poroşenko "Roshen" şirkətindəki payını satmaq qərarına gəlsə də hələ buna nail ola bilməyib. Onun fikrincə, Rusiya hakimiyyəti bu alqı-satqı prosesinə ciddi maneçilik törədir.

Xatırladaq ki, Poroşenkonun "Roshen"dəki payının satışı ilə "Rothschild" şirkəti məşğul olur.