- Köhnə - Dünya
- 2 Aprel 2015 00:41
- 2 853
Çili prezidentinin qohumu vertolyot qəzasına düşdü
AzNews.az xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi yayıb.
Məlumatda deyilir ki, qəzaya düşən "Bell 206" vertolyotu Atakama vilayətində daşqınlardan əziyyət çəkənlərə yardım göstərib.
Vertolyotu idarə edən Pedro Pablo Aldunate adlı pilot prezidentin əmisi qızı Mariya İsabel Baçeletin əri olub. Vertolyotda daha 3 nəfərin də olduğu bildirilir.
Qeyd edək ki, ölkənin şimalında baş verən daşqınlar zamanı 23 nəfər ölüb, 57 nəfər isə itkin düşüb.