Prokuroru öldürən terrorçunun anası danışdı: “Oğlumu öldürdülər”

Prokuror Mehmet Səlim Kirazı öldürən terrorçu Mehmet Şafak Yaylanın anası Aysel Yayla danışıb.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "haberler" saytı yayıb.



Oğlunun cənazəsini gözləyən ana Adlı Tibb Mərkəzinə girmək istəyib, ancaq həkimlər ona hələ ekspertizanın bitmədiyini deyiblər. O, bayırda vəkillərlə birgə oğlunun meyitinin çıxarılmasını gözləyib.

Bu zaman jurnalistlərə açıqlama verən Aysel Yayla "Qatilləri gizlətdilər, oğlumu öldürdülər. Dünyamız söküldü. Başqa bir şey demirəm. Aksiyalara qoşulduğunu bilirdim. Ancaq onun gedib adam öldürməyini və bu işlərə qoşulmağını istəməzdim" sözlərini deyib.

Qeyd edək ki, ölən terrorçular haqda məlumat almaq üçün Adlı Tibb Mərkəzinə gələn iki nəfər saxlanılaraq İstanbul Polis İdarəsinə aparılıb.

Polis ərazidə təhlükəsizlik tədbirlərini artırıb.