- Köhnə - Dünya
- 9 Oktyabr 2012 11:08
- 3 093
NATO daha bir ölkəyə girir
AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Olland qeyd edib ki, BMT Təhlükəsizlik Şurasında Maliyə hərbi müdaxilə ilə bağlı qərar çıxarılmalıdır. Fransa prezidenti həmçinin bildirib ki, onun ölkəsi hərbi əməliyyatlar üçün siyasi və maddi-texniki dəstək verməyə hazırdır.
Xatırladaq ki, bundan əvvəl Maliyə hərbi müdaxilə ilə bağlı Fransa rəhbərliyi tamam fərqli mövqe sərgiləmiş, birbaşa hərbi əməliyyatlarda iştirak etməyəcəyini bildirmişdi.
Qeyd edək ki, hazırda Mali parçalanmış vəziyyətdədir. Ölkənin şimalı islamçıların nəzarətindədir və onlar müstəqil dövlət qurmağa çalışırlar.
Sadiq Musa
AzNews.az