Türkiyə Respublikası Vatikandakı səfirini geri çağırıb. Türkiyə Respublikası Vatikandakı səfirini geri çağırıb.

Türkiyə Vatikandakı səfirini geri çağırdı

Türkiyə Respublikası Vatikandakı səfirini geri çağırıb.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Reuters" agentliyi yayıb.

Xəbər verildiyi kimi, bu gün Roma Papası Fransisk Vatikanda "1915-ci il" hadisələrilə bağlı çıxışı zamanı "soyqırım" kəlməsini işlədib və deyib ki, ermənilər 20-ci əsrin əvvəllərində ilk soyqırıma məruz qalan xalq olub.

Bu çıxış rəsmi Ankara tərəfindən pis qarşılanıb və Vatikanın Türkiyədəki səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Axşam saatlarında isə Türkiyə Vatikandakı səfirini geri çağırmaq haqda qərar qəbul edib.