Türkiyənin Xarici işlər Nazirliyi Avropa Parlamentinin (AP) 1915-ci il hadisələri ilə bağlı Türkiyəni "soyqırımı" tanımağa çağıran qərarına sərt bəyanatla cavab verib. Türkiyənin Xarici işlər Nazirliyi Avropa Parlamentinin (AP) 1915-ci il hadisələri ilə bağlı Türkiyəni "soyqırımı" tanımağa çağıran qərarına sərt bəyanatla cavab verib.

Türkiyə XİN-dən Avropa Parlamentinə sərt cavab – VİDEO

Türkiyənin Xarici işlər Nazirliyi Avropa Parlamentinin (AP) 1915-ci il hadisələri ilə bağlı Türkiyəni "soyqırımı" tanımağa çağıran qərarına sərt bəyanatla cavab verib.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Haberler" saytı yayıb.

Nazirlikdən məsələ ilə bağlı edilən açıqlamada "Avropa Parlamenti yenidən tarix yazmağa həvəsli olub. AP səlahiyyət çərçivəsini aşaraq etdiyi səhvi təkrarladı. Bu layihəni tanımırıq, qərarı AP-yə təhvil veririk. Bunun arxasında, təəssüf ki, dini və mədəni fanatizm durur. Türkiyə-Aİ əlaqələrinin inkişafına mane olmaqla tanınan Avropa Parlamenti, daha əvvəl də 1915-ci il hadisələri mövzusunda yenidən tarix yazmağa həvəsli olmuşdu. Bu həvəs türk əleyhinə erməni təbliğatının stereotiplərini dəqiq təkrarlayan, 15 Aprel 2015-ci il tarixli gülünc bir qərarın mətni ilə nəticələndi. Avropa Parlamenti qəbul etdiyi qərarla səlahiyyət çərçivəsini aşaraq etdiyi səhvi təkrar etdi. Bu mətni qəbul edənləri ciddiyə almırıq. 1915-ci il hadisələri məsələsinə gəlincə, Türkiyənin son illərdə bu mövzuda verdiyi bəyanatlar ortadadır. Ermənistanın da ən qısa müddətdə belə bir kamillik səviyyəsinə çatmasını ümid edirik. Avropa Parlamentinin üzvləri 1915-ci il məsələsi ilə məşğul olmazdan əvvəl, öz tarixlərini vərəqləsinlər. Onlar Birinci və İkinci Dünya Müharibələrində bəşəriyyətə etdiklərini xatırlasınlar" sözləri yazılıb.

Türkiyənin Avropa Birliyi naziri Volkan Bozkır da məsələ ilə bağlı bəyanat verib.
O bildirib ki, parlamentlərin vəzifəsi tarix yazmaq deyil: "Bu cür qərarlar yox dərəcəsindədir. AP-nin qətnaməsi tarixi faktlarla uyğun gəlmir. 1915-ci il hadisələrinə soyqırım demək, böhtandan başqa bir şey deyil".

Türkiyə Baş nazirinin müavini Yalçın Akdoğan da "Avropa Parlamentinin qətnaməsi mənasız bir qərardır. Heyf ki, AP vaxtını belə tarixi cəfəngiyyatlara ayırır" deyərək Avropa Parlamentinin qərarını tənqid edib.