Hindistanda Mig-27 tipli qırıcı təyyarə qəzaya uğrayıb. Hindistanda Mig-27 tipli qırıcı təyyarə qəzaya uğrayıb.

Hərbi təyyarə qəzaya uğradı: 2 ölü

Hindistanda Mig-27 tipli qırıcı təyyarə qəzaya uğrayıb.



APA-nın verdiyi xəbərə görə, hadisə Alipurduara şəhəri yaxınlığında baş verib.

Qəza nəticəsində 2 yerli sakin ölüb. Katapult edən təyyarənin pilotu isə yüngül xəsarətlərlə hospitala yerləşdirilib.

Rəsmi məlumatlara görə, 2011-2014-cü illərdə Hindistan Hərbi-Hava Qüvvələri qəzalar nəticəsində 30 təyyarə və helikopter itirib. Əsas səbəb kimi insan faktoru və uçaqların texniki nasazlığı göstərilir.