Həbsxanada üsyan- 28 ölü

İraqın Diyala mahalındakı həbsxanada baş vermiş üsyanın yatırılması zamanı 28 nəfər həlak olub.



AzNews.az xarici kiv-ə istinadən xəbər verir ki, üsyan dünən axşam Bağdadın 55-ci kilometr şimal-şərqində yerləşən həbsxanada axşam yeməyində yeməklərin paylanılması zamanı baş verib. Üsyan zamanı qaçmağa çalışan 20 məhbus və onların qarşısını almağa çalışan 8 nəzarətçi öldürülüb.

Qeyd edək ki, məhbuslardan 15-i qaçmağa müvəffəq olub.


AzNews.az