Burundi prezidenti Pierre Nkurunzizaya qarşı uğursuz çevriliş cəhdi edən üç general həbs edilib. Burundi prezidenti Pierre Nkurunzizaya qarşı uğursuz çevriliş cəhdi edən üç general həbs edilib.

Prezidenti devirməyə cəhd edən 3 general həbs edildi

Burundi prezidenti Pierre Nkurunzizaya qarşı uğursuz çevriliş cəhdi edən üç general həbs edilib.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Məlumata görə, prezident artıq Burundiyə geri qayıdıb və xalqa müraciət etməyə hazırlaşır.

Lakin prezidentin sözçüsü Gervais Abayeho bildirib ki, çevrilişə rəhbərlik edənlərdən biri, general Godefroid Niyombare hələ də tutulmayıb.

Bundan əvvəl Niyombare AFP xəbər agentliyinə bildirmişdi ki, o, təslim olmağa hazırlaşır: "Ümid edirəm ki, bizi öldürməyəcəklər".

Sabiq müdafiə naziri general Cyrille Ndayirukiye də həbs edilənlərin arasındadır.

Prezident Nkurunzizanın üçüncü müddətə prezidentliyə namizədliyinə qarşı yönələn çevriliş cəhdi onun Tanzaniyada olduğu vaxt baş vermişdi.

Qeyd edək ki, cümə axşamı paytaxt Bujumburada baş verən toqquşmalar nəticəsində beş əsgər həlak olub.