Çinə qarşı Qarabağ təxribatı

Çin BMT Təhlükəsizlik Şurasına “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına dair qətnamə təqdim edib.



ANS PRESS-in məlumatına görə, belə bir iddia ilə Lifenews.ru informasiya xəbər portalı çıxış edib.

İddia olunur ki, bu barədə Çinin baş naziri öz Tvitter səhifəsində yazıb.

Baş nazirin sözlərinə görə, ATƏT-in Misnk Qrupunun həmsədr ölkələri ABŞ, Fransa və Rusiya bu qətnaməyə dəstək versə, Qarabağ müstəqil dövlət olacaq.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Cavadov ANS PRESS-ə açıqlamasında bildirib ki, Lifenews.ru informasiya xəbər portalında yayılan bu xəbərin heç bir əsası yoxdur:

"Azərbaycanın Çindəki səfirliyinə təlimat verilmişdir ki, Çinə qarşı edilən bu təxribat barəsində Çinin Xarici İşlər Nazirliyi məlumatlandırılsın".

Qeyd edək ki, lifenews.ru elekton informasiya portalının sahibi erməni Aram Qabrelyanovdur. Onu da bildirək ki, Çin baş nazirinin belə bir qətnamə təqdim etmək statusu yoxdur. Lifenews.ru informasiya xəbər portalı son bir neçə həftədir ki. Azərbaycana qarşı təxribat xarakterli məlumatlar yayır. Belə ki, sahibi erməni olan portal mayın 16-da xəbər yaymışdı Azərbaycan hərbçiləri Tacikistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü olan dövlətlərin birgə keçirdiyi hərbi təlimlərdə iştirak edir. Müdafiə Nazirliyi xəbəri təkzib etmişdi.