- Köhnə - Dünya
- 1 İyun 2015 13:53
- 4 079
Sabiq prezidentin partiyasının qərargahları sökülür
Misirin sabiq prezidenti Hüsnü Mübarəkin yeni buraxılan partiyasının əsas qərargahlarının sökülməsinə başlanılıb.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.
Qahirədə Tahir Meydanının yanında yerləşən bina 2011-ci ildə üsyançılar tərəfindən yandırıldıqdan sonra Mübarək devrilmişdi.
Misir hökuməti aprel ayında bu addımı təsdiqləyərək torpaq sahəsinin qonşuluqda yerləşən Misir Muzeyinə veriləcəyini bildirib.
Mübarəkin Milli Demokratik Partiyası 2011-ci il aprel ayında buraxılıb. Partiyanın aktivləri və Nil çayı ətrafındakı qərargahı müsadirə edilib.
Mübarək ötən ayın əvvəlində korrupsiya ittihamları ilə 3 il azadlıqdan məhrum edilib.
Onun iki oğluna da eyni ittihamlarla 4 il həbs cəzası verilib.