Çində Yantszı çayında 405 nəfərlik sərnişini olan səyahət gəmisi tufanda devrilib. Çində Yantszı çayında 405 nəfərlik sərnişini olan səyahət gəmisi tufanda devrilib.

405 sərnişini olan gəmi aşdı - İtkin düşənlər var

Çində Yantszı çayında 405 nəfərlik sərnişini olan səyahət gəmisi tufanda devrilib.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Məlumata görə, azı bir nəfər həyatını itirib, yüzlərlə sərnişin itkin düşüb. Hadisə Çinin cənubunda yerləşən Hyubei əyalətində baş verib.

Yerli mətbuatın verdiyi məlumata görə, gəmi devrilməzdən əvvəl SOS siqnalı göndərməyib. Xilasedicilər isə yalnız sərnişinlərin yardım səslərini eşidərək hadisədən xəbər tutublar. Bir neçə insan isə balıqçıların köməyi ilə xilas ola bilib.

Hələ ki, yalnız 10 nəfər xilas edilə bilib.

Baş nazir Li Keqiang hadisə yerinə gələrək, paytaxtdan xilasetməyə və araşdırmaya yardım üçün qrup ayrılmasına göstəriş verib.

Gəmidə 405 sərnişin və 47 nəfər ekipaj olub. Sərnişinlərin əksəriyyəti turistlər olub.

Çayda suyun dərinliyi 15 metr olduğundan xilasetmə çətinliklə həyata keçirilir.