Xəbər verildiyi kimi, Türkiyədə keçirilən parlament seçkilərində 1-ci yeri 40.86 faiz səslə iqtidar partiyası olan AK Partiyası tutub. Bu isə o deməkdir ki, hökuməti bu partiya təkbaşına qura bilməyəcək. Prezident Ərdoğanın yaratdığı AKP istər-istəməz 10 faizlik barajı keçən CHP, MHP və HDP ilə koalisiya qurmalıdır. Xəbər verildiyi kimi, Türkiyədə keçirilən parlament seçkilərində 1-ci yeri 40.86 faiz səslə iqtidar partiyası olan AK Partiyası tutub. Bu isə o deməkdir ki, hökuməti bu partiya təkbaşına qura bilməyəcək. Prezident Ərdoğanın yaratdığı AKP istər-istəməz 10 faizlik barajı keçən CHP, MHP və HDP ilə koalisiya qurmalıdır.

AKP çətin durumda: Məclis sədri kim olacaq?

Xəbər verildiyi kimi, Türkiyədə keçirilən parlament seçkilərində 1-ci yeri 40.86 faiz səslə iqtidar partiyası olan AK Partiyası tutub. Bu isə o deməkdir ki, hökuməti bu partiya təkbaşına qura bilməyəcək. Prezident Ərdoğanın yaratdığı AKP istər-istəməz 10 faizlik barajı keçən CHP, MHP və HDP ilə koalisiya qurmalıdır.


AzNews.az xəbər verir ki, ilk koalisiya isə Türkiyə Böyük Millət Məclisi sədrliyi seçkilərində baş verəcək. 13 il sonra ilk dəfə Məclis sədri AK Partiyasından olmaya bilər. HDP-dən olan bir deputat isə Məclisin sədr müavini olacaq.

4 turdan ibarət Məclis sədrinin seçkisi üçün ilk iki turda deputatların 367-si, üçüncü turda isə 276-si lehinə səs verməlidir.

Məclisin daxili nizamnaməsinə görə yeni seçilən millət vəkillərinin iştirak edəcəyi ilk sessiyadan etibarən, 5 gün içərisində Məclis sədri və Rəyasət Heyəti üçün namizədlik prosesi başlayacaq. Partiyalar namizədlərini müəyyənləşdirəcək. 5 günün sonunda seçki üçün 5 günlük müddət başlayacaq. Proses 10 gün ərzində tamamlanacaq.

Gizli səsvermə ilə keçirilən Məclis rəhbərliyi seçkisində 550 nəfərin üçdə ikisi, yəni 367 nəfər səs verməlidir.

Koalisiya üçün "bazarlıq" isə böyük ehtimalla üçüncü turdan etibarən başlayacaq.

Çünki heç bir partiya üçüncü tur üçün lazım olan 276 səsi təkbaşına toplaya bilməyəcək.

Müxalifət bu mövzuda AK Partiyaya dəstək vermir və öz aralarından bir nəfəri sədr edə bilər.

Prezident Ərdoğan böyük ehtimalla hökuməti qurmaq üçün bu vəzifəni ilk olaraq Parlamentdə çoxluq təşkil edən AK Partiyanın sədri Əhməd Davudoğluya tapşıracaq.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinə AK Partiyasından 258, CHP-dən 132, MHP-dən 80, HDP-dən isə 80 millət vəkili seçilib.