- Köhnə - Dünya
- 22 İyun 2015 19:53
- 2 510
İstidən ölənlərin sayı 136 nəfərə çatdı - Pakistanda

Ən isti ayı yaşayan Pakistanın orta və cənub seqmentlərindəki bəzi şəhərlərində istilik 47 dərəcəni aşıb.
"Qafqazinfo"nun məlumatına görə, ölkənin cənubundakı Sind əyalətinin paytaxtı Karaçidə ölənlərin sayının 85 nəfərə çatdığı bildirilib.
51 nəfərin isə Hindistan sərhədindəki Tharparkar, Sibbi və Şekhupurada həyatını itirdiyi məlum olub.
İsti havanın ölkə daxilində 24 iyun tarixinə qədər davam edəcəyi qeyd edilib.
Qeyd edək ki, Pakistanın qonşu ölkəsi Hindistanda keçən ay həddindən artıq istilər səbəbiylə 2 mindən çox adam həyatını itirmişdi.