- Köhnə - Dünya
- 29 İyun 2015 11:12
- 3 110
NASA-nın uğursuzluğu - Kosmik Stansiyaya əşya daşıyan raket partladı
ABŞ-da şəxsi SpaceX şirkətinə məxsus raket daşıyıcısı Falcon 9 Floridada yerləşən Kanaveral kosmodromunda havaya buraxıldıqdan bir neçə dəqiqə sonra partlayıb.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.
Məlumata görə, raket Amerikanın Beynəlxalq Kosmik Stansiyası (BKS) üçün əşyalar aparan Dragon adlı pilotsuz kosmik gəmini orbitə çıxarmalı idi.
Raketin parçaları Atlantik okeanı üzərinə dağılıb. Həmin əraziyə cihazın qalıqlarını toplamaq üçün komanda göndərilib.
İndiyə qədər Falcon 9 raketləri 18 dəfə müvəffəqiyyətlə orbitə çıxıb. Hərçənd ki, raketlərin yerə enməsi zamanı problemlər yaşanıb.
Gəmidəki yemək, içkilər və oskigendən əlavə, raket skafandr kimi 2 tondan çox müxtəlif əşyaları da BKS-ə çatdırmalı idi.
BBC-nin Vaşinqton müxbiri deyir ki, qəza NASA üçün ciddi tənəzzüldür, çünki, bu raketlər NASA-nı Rusiyanın kosmosa əşya və insan göndərən raketlərinə ehtiyacdan qurtarırdı.