Küveytdəki bazalarından istifadə edərək İŞİD-i vuran ABŞ Türkiyədən Adanadakı İncirlik və Diyarbəkir bazalarının əməliyyata açılmasını xahiş edib. Küveytdəki bazalarından istifadə edərək İŞİD-i vuran ABŞ Türkiyədən Adanadakı İncirlik və Diyarbəkir bazalarının əməliyyata açılmasını xahiş edib.

ABŞ Türkiyədən xahiş etdi – İŞİD-ə görə

Küveytdəki bazalarından istifadə edərək İŞİD-i vuran ABŞ Türkiyədən Adanadakı İncirlik və Diyarbəkir bazalarının əməliyyata açılmasını xahiş edib.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Haberturk" Televiziyası ABŞ-ın Türkiyədəki səfiri Con Bassa istinadən yayıb.

"Türkiyə və ABŞ, Suriyanın şimalında və Suriya sərhədində İŞİD-ə qarşı birgə narahatlığını bölüşür. Bu təhdid məsələsində birlikdə işləməyə davam edirik. ABŞ və Türkiyənin gözləntilərini PYD-yə bildirmişik. Sərhədə kim nəzarət edirsə, İŞİD-lə mübarizə aparmalıdır", - deyə səfir bildirib.

Ekspertlərin fikrincə, son dövrlər Suriyadakı vəziyyətə müdaxilə məsələsində Türkiyə və ABŞ-ın siyasətlərində yaxınlaşma var.

ABŞ mediasında oxşar şərhlər yer alarkən dünən jurnalistlər sərhədə yığılıb, bütün diqqətlər bura cəmləşib.

Baş nazir Davudoğlu "Kimsə sabah Türkiyənin Suriyaya gedəcəyini gözləməsin" deyərkən, alınan hərbi tədbirlər təsdiqlənib. Hökumət mənbələrindən və təhlükəsizlik qüvvələrindən verilən məlumatlara görə hazırda Türkiyə ilə ABŞ arasında İŞİD-ə qarşı mübarizə aparmaq üçün Suriyadakı proseslərə dair çox ciddi müzakirələr aparılır.
ABŞ İŞİD hədəflərini Küveytdəki Əhməd əl Cebr Hava Bazasından qalxan təyyarə ilə vurur.

Rəsmi Vaşinqton indi isə Adanadakı İncirlik və Diyarbəkir bazalarının bu əməliyyatlar üçün açılmasını istəyir. Bu barədə Türkiyənin qərar verməsi gözlənilir.

Bazaların açılması ABŞ-ın işini rahatlaşdıracaq. Qarşılığında Türkiyəni dəstəkləyən qrupların bu əməliyyatlarda fəal şəkildə rol alması məsələsi önə çıxacaq.
Bununla bağlı hamını bir sualın cavabı düşündürür:
Bu bölgənin İŞİD-dən təmizlənilməsində PYD-nin, Bəşər Əsədə müxalif olan qüvvələrin, yoxsa Türkiyənin birbaşa müdaxiləsi olmalıdır? Sualın cavablandırılmasında hələlik razılıq yoxdur.

Birincisi, PYD bu əraziyə girərsə, Afinaya qədər onların yolu açılır. Türkiyə isə bütün sərhədin PYD tərəfindən nəzarət edilməsinə qarşıdır. İkincisi, Türkiyə ərəb-türkmənlərin sıx olduğu bölgələrdə kürdləşdirmə siyasətinə qarşı sərt mövqe göstərir.

Türkiyə PYD-nin Fəratın qərbinə keçməsini istəmir. Şərtlər zor duruma düşsə, Türkiyə Suriyanın içərilərinə doğru 15 kilometr daxil olacaq.