TRT Türk ekranlarından yayımlanan "Bizim Göyüzümüz" adlı sənədli filmdə Atatürk və İsmət İnönünü təhqir edən ifadələr işlədilib. TRT Türk ekranlarından yayımlanan "Bizim Göyüzümüz" adlı sənədli filmdə Atatürk və İsmət İnönünü təhqir edən ifadələr işlədilib.

TRT ekranlarında Atatürkə təhqir - VİDEO

TRT Türk ekranlarından yayımlanan "Bizim Göyüzümüz" adlı sənədli filmdə Atatürk və İsmət İnönünü təhqir edən ifadələr işlədilib.


AzNews.az xəbər verir ki, sənədli filmdə Osman Yüksəl Serdengeçtinin Samsun çıxışı yer alıb.

Serdengeçtinin çıxışında deyilir: "Edənlər və yaradanlar onlar idi. Partiyalarından bəhs edərkən "şərəfli partiyamız" deyirdilər. On ildə on beş milyon gənc yaratmışdılar. Tam 27 il tanrılar kimi danışdılar. Fironlar kimi səltənət sürdülər. Yedilər, içdilər, qusdular. Altda qalanın canı çıxsın. Amma nitqlərdə, afişalarda "Kəndli millətin ağasıdır" deyə yazılırdı. Xalqı və kəndlini "əfəndimiz sənsən, əfəndimiz sənsən" deyə soydular. Kənardan gələn bir çox inqilablar milləti alt-üst etmişdi. Paris küçələrində yetişənlər! Hüquqi bəşər bəyannaməsini əzbər bilənlər! Dünyəvilik və inqilabilik pərdəsi altında yoxsul Anadolu xalqının imanını, vicdanını, haqq və hüququnu çəkinmədən tapdaladılar. Qitələrə hökm edən, 3 qitədə əsrlərlə dimdik kimi dayanan ulu babalarımızı təhqir etdilər".