- Köhnə - Dünya
- 18 Oktyabr 2012 10:26
- 3 765
İran əsilli amerikalıdan etiraf

AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Arbabsiar etiraf edib ki, O, Səudiyyə Ərəbistanının Amerikadakı səfiri Adel Əl-Cubeyrə qarşı hazırlanan sui-qəsdin təşkilində iştirak edib.
Ölkəni tərk etmək istəyərkən Kenedi Hava Limanında, 2011-ci ildə saxlanılan Arbabsiar onu da etiraf edib ki, o, meksikalı narkotik qaçaqmalçılarına səfirin öldürülməsi üçün 1.5 milyon dollar təklif edib. ABŞ isə iddia edir ki, alınmayan terror aktı İran Xüsusi Xidmət Orqanlarının birbaşa sifarişi olub.
Sadiq Musa
AzNews.az