- Köhnə - Dünya
- 22 İyul 2015 09:31
- 4 961
İstanbulda gəmi tarixi villaya çırpıldı - FOTO

İstanbulun Bosfor boğazı sahillərində gəmi XIX əsrə aid villaya çırpılıb.
AzNews.az Trend-ə istinadən xəbər verir ki, "Majed and Randy" adlı gəmi Syerra-Leone bayrağı altında üzüb.
106 metrlik gəminin 1860-cı ilə aid tikiləyə çırpılması nəticəsində villanın fasadı dağılıb.
İdarəetməni itirmiş gəminin törətdiyi qəza nəticəsində heç kəs xəsarət almayıb. Gəminin də zərər gördüyü bildirilir.