- Köhnə - Dünya
- 22 İyul 2015 23:54
- 3 038
Suriyaya hava hücumu - 18 ölü, 35 yaralı

Suriyanın Hələb şəhərinin Bab rayonuna bağlı Kadr Brec kəndinə həyata keçirilən hava hücumu zamanı 18 mülki vətəndaş ölüb, 35 nəfər yaralanıb. Onların arasında qadın və uşaqlar da var.
AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə Suriya Ali İnqilab Şurası məlumat yayıb.
Məlumatda Bəşşar Əsədə bağlı qüvvələrə məxsus helikopterin İŞİD terror qruplaşmasının nəzarəti altında olan kəndə 4 bomba atdığı qeyd olunub.