- Köhnə - Dünya
- 23 İyul 2015 16:45
- 3 452
Putin Berluskoniyə nazir postu təklif edib - İDDİA

Rusiya prezidenti Vladimir Putin İtaliyanın keçmiş baş naziri Silvio Berluskoniyə vətəndaşlıq və nazir postu təklif edib.
AzNews.az xəbər verir ki, bu barədə İtaliyanın "La Stampa" qəzetində məlumat dərc olunub.
Qəzet iddia edir ki, Berluskoni bu barədə "İrəli, İtaliya" partiyasının üzvləri ilə şam yeməyi zamanı danışıb:
"Düşünürəm ki, İtaliyada məni siyasət həyatının kənarına itələdilər. Putin isə mənə dedi ki, mənə vətəndaşlıq və iqtisadiyyat naziri postu verməyə hazırdır"
Qəzet Berluskoninin "iqtisadiyyat naziri" deyərkən hansı vəzifəni nəzərdə tutduğunu qeyd etməyib. Belə ki, Rusiya Nazirlər Kabinetində belə bir vəzifə yoxdur.
Xatırladaq ki, Berluskoni senatorlara rüşvət verməkdə ittiham olunub və üç il müddətinə azadlıqdan məhrum edilib.
Aydan Axundova