Slovakiyada hərbi helikopter qəzaya uğrayıb: 1 ölü, 2 yaralı

Slovakiyanın Preşov şəhərində Mİ-17 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.



APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Slovakiya ordusu Baş qərargah rəisinin müavini Peter Qaydoş bildirib.

"Preşov şəhəri yaxınlığında Slovakiya Hərbi-Hava Qüvvələrinə məxsus Mİ-17 helikopteri qəzaya uğrayıb. Birinci pilot hadisə zamanı həyatını itirib, ikinci pilot və texnik müxtəlif bədən xəsarətləri alıb", deyə P.Qaydoş bildirib.

Hadisə ilə əlaqədar digər Mİ-17 tipli helikopterlərin uçuşuna müvəqqəti olaraq qadağa qoyulub. Qəzanın səbəbləri müəyyənləşdirilir.